Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə “Mercedes” “KamAZ”a çırpılıb, <font color=red><b>xəsarət alanlar var - FOTO</b></font>

23:57 - 27 Aprel 2022 tarixində dərc olunub.

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Nizami Məqbərəsinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik maşını “KamAZ” markalı yük maşınına arxadan çırpılıb.

Qəza zaman minik maşının sürücüsü və onun sərnişinləri - Bərdə rayon sakinləri 1998-ci il təvəllüdlü Kənan Salahov,1980-ci il təvəllüdlü Abdullayev Polad xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: