Ucnoqta.az
www.ucnoqta.az

Son sutkada koronaya yoluxanların sayı<font color=red><b> açıqlandı - FOTO</b></font>

22:55 - 27 Aprel 2022 tarixində dərc olunub.

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən bir nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 534 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 694 nəfər müalicə olunaraq sağalıb, 9 708 nəfər vəfat edib. 132 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 079, bu günə qədər isə ümumilikdə 6 805 563 test icra olunub.

Müəllif: