Ucnoqta.az
www.ucnoqta.az

DİN-dən Bərdədə zibillikdə tapılan qadınla bağlı <font color=red><b>AÇIQLAMA</b></font>

21:35 - 27 Aprel 2022 tarixində dərc olunub.

Daxili İşlər Nazirliyi (DİN) Bərdədə anlaqsız vəziyyətdə zibillikdən tapılan qadınla bağlı açıqlama yayıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a bildirilib ki, rayonun Qasımbəyli kəndində yolun kənarında anlaqsız vəziyyətdə qadın tapılaraq dərhal xəstəxanaya yerləşdirilib.

Müayinə zamanı onun spirtli içkinin təsirindən anlaqsız hala düşdüyü müəyyən olunub.

Hazırda qadının müalicəsi davam etdirilir.

Müəllif: