Ucnoqta.az
www.ucnoqta.az

Nərimanovda Zərifə Əliyevanın xatirəsi anıldı - <font color=red><b>Foto</b></font>

10:32 - 27 Aprel 2022 tarixində dərc olunub.

Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə görkəmli oftalmoloq, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Ucnoqta.az xəbər verir ki, rayon rəhbərliyi, alimlər və ziyalılarıniştirak etdiyi tədbirdə Akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub.

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, oftalmoloq Paşa Qəlbinur və Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva çıxış ediblər.

Çıxışçılar Zərifə Əliyevanın tibb elminə verdiyi böyük töhfələrdən, oftalmologiyaya gətirdiyi yeniliklərdən danışaraq, onun dövrünün ən sayılan, seçilən həkimlərindən olduğunu vurğulayıblar.

Onlar, həmçinin Zərifə xanımın sədaqətli ömür-gün yoldaşı olduğunu və ailə dəyərlərinin ən gözəl nümunəsini göstərdiyini qeyd ediblər. Zərifə Əliyeva Azərbaycan xanımının bütün gözəl keyfiyyətlərini özündə birləşdirirdi. Oftalmoloq onu tanıyan bütün insanların yaddaşında xoş xatirələrlə qalıb. O, mehriban həyat yoldaşı, gözəl ana və sözün əsl mənasında böyük ziyalı idi.

Tədbirdə, o cümlədən, Zərifə xanıma həsr olunan şeirlər səsləndirilib. Görüş səmimi xatirələr, maraqlı müsiqi kompozisiyaları ilə yadda qalıb.

Müəllif: