Ucnoqta.az
www.ucnoqta.az

Ramazan ayının 26-cı gününün duası -<font color=red><b> İmsak və iftar vaxtı</b></font>

21:49 - 26 Aprel 2022 tarixində dərc olunub.

Sabah Ramazan ayının iyirmi altıncı günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 27-də imsak vaxtı saat 04:12-də, iftar vaxtı isə 19:46-dadır.

İyirmi altıncı günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Allahumməc-əl sə-yi fihi məşkura. Və zənbi fihi məğfura. Və əməli fihi məqbula. Və eybi fihi məstura. Ya əsməəs-samiin!”
 
Tərcüməsi: “İlahi, bu gün mənim səylərimi qiymətləndir, günahlarımı bağışla, əməlimi qəbul et, eyblərimi ört! Ey bəndələrini hamıdan yaxşı eşidən Allah!”

Allah orucunuzu qəbul eləsin!

Müəllif: