Ucnoqta.az
www.ucnoqta.az

Bakıda iki nəfər dəm qazından öldü

13:15 - 25 Aprel 2022 tarixində dərc olunub.

Bakı sakini dəm qazından zəhərlənərək vəfat edib.

Hadisə Binəqədi rayonunda baş verib. 1973-cü il təvəllüdlü Hilal Əhmədov yaşadığı mənzildə qazdan boğularaq ölüb.

Oxşar hadisə Abşeron rayonu Atyalı yaşayış massivində də qeydə alınıb. 1940-cı il təvəllüdlü Sərxoş Səmədov hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Müəllif: