Ucnoqta.az
www.ucnoqta.az

Polis 16 yaşlı gənci axtarır - <font color=red><b>Foto</b></font>

10:51 - 25 Aprel 2022 tarixində dərc olunub.

Şabranda 16 yaşlı gənc itkin düşüb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, rayon sakini, 2006-cı il təvəllüdlü Samuray Qasımov aprelin 15-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb:

Onun boyu 160 santimetrdir, orta bədən quruluşludur. Evdən çıxarkən əynində qara gödəkcə, qara şalvar və qara ayaqqabı olub".

"Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya (055) 650-20-44 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur", - DİN-in Mətbuat Xidmətindən bildirilib

Müəllif: