Ucnoqta.az
www.ucnoqta.az

Koronaya yoluxanların sayı daha da<font color=red><b> AZALDI</b></font>

16:32 - 22 Aprel 2022 tarixində dərc olunub.

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 18 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, ölüm faktı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 457 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 621 nəfər müalicə olunaraq sağalıb, 9 707 nəfər vəfat edib. 129 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 331, bu günə qədər isə ümumilikdə 6 788 729 test icra olunub.

 

Müəllif: