Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan – İran sərhədində yanğın -<font color=red><b> VİDEO </b></font>

15:54 - 22 Aprel 2022 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Beyləqan rayonu, Əhmədli kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının İran İslam Respublikası ilə sərhəd zolağı boyunca kol-kos və qamışlıq sahədə baş verdiyi müəyyən olunub.

Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti, o cümlədən xüsusi təyinatlı texnikaların tətbiqi sayəsində yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınaraq söndürülməsi təmin olunub.

Yanğın nəticəsində 50 ha sahədə qamışlıq və kol-kos yanıb.

Ərazidə olan sərhəd kommunikasiya xətləri yanğından mühafizə olunub.///qafqazinfo

 

Müəllif: