Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-ın Ukraynaya verəcəyi silahlar məlum olub: <font color=red><b>72 haubitsa və 121 PUA ...</b></font>

19:57 - 21 Aprel 2022 tarixində dərc olunub.

ABŞ-ın Ukraynaya göndərəcəyi 800 milyon dollarlıq yeni hərbi yardım paketinə daxil olan silah və texnikalar açıqlanıb.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbinin yazılı bəyanatında deyilir.

“Bu paketdəki silahlara 72 ədəd 155 mm-lik haubitsa və 144 min artilleriya mərmisi, 155 mm-lik haubitsalar üçün 72 ədəd yedək maşını, 121-dən çox “Phoenix Ghost” taktiki pilotsuz uçuş sistemi, sahə avadanlığı və ehtiyat hissələri daxildir”, - bəyanatda qeyd edilir.

Müəllif: