Ucnoqta.az
www.ucnoqta.az

Ukraynada hərbi vəziyyət rejimi uzadılıb

17:22 - 21 Aprel 2022 tarixində dərc olunub.

Ukrayna Ali Radası ölkədə hərbi vəziyyət rejimini mayın 25-dək uzatmaq barədə qərar verib.

Hərbi vəziyyət müddətinin uzadılması barədə qanun layihəsini ölkə Prezidenti Vladimir Zelenski təqdim edib.

Xatırladaq ki, fevralın 24-də Rusiyanın hərbi müdaxiləsindən sonra Ukraynada hərbi vəziyyət rejimi tətbiq edilib. Ukraynada hərbi vəziyyət rejiminin müddəti aprelin 25-dək qüvvədə idi.///Apa

Müəllif: