Ucnoqta.az
www.ucnoqta.az

Nazir tanınmış polis rəisini təqaüdə göndərdi

10:55 - 21 Aprel 2022 tarixində dərc olunub.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Rəhim Novruzov vəzifəsindən azad edilib.

Ucnoqta.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə R.Novruzov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, R.Novruzov uzun illər daxili işlər orqanlarında xidmət edib. O, xeyli müddət Laçın və Cəlilabad rayonlarının polis rəisi vəzifəsini tutub.

Müəllif: