Ucnoqta.az
www.ucnoqta.az

Şabranda bir nəfər kanalda batıb

18:53 - 20 Aprel 2022 tarixində dərc olunub.

Şabranda bir nəfər kanalda batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında bildirilib.

Xəbərə görə, aprerin 20-də nazirliyin "112" qaynar telefon xəttinə Vəlvələçay-Taxtakörpü kanalının Şabran rayonu, Vələsli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Şimal Regional Mərkəzinin xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Müəllif: