Ucnoqta.az
www.ucnoqta.az

Bakıda itkin düşən tələbə qız tapılıb -<font color=red><b> YENİLƏNİB</b></font>

16:16 - 19 Aprel 2022 tarixində dərc olunub.

Bakı Mühəndislik Universitetinin itkin düşən tələbəsi Lamiyə Binnətova tapılıb.

Bunu “Report”a açıqlamasında ali məktəbin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

O qeyd edib ki, tələbənin valideynləri universitetlə əlaqə saxlayaraq qızlarının tapıldığını bildiriblər: “Sadəcə tapıldığını deyiblər, əlavə təfərrüatlarla bağlı məlumatımız yoxdur”.

08:39

Abşeronda itkin düşən gənc qız axtarılır.


Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xırdalanda yerləşən Bakı Mühəndislər Universitetinin tələbəsi Binnətova Lamiyə Nizami qızı aprelin 1-i ali təhsil ocağından çıxıb və naməlum istiqamətdə gedərək itkin düşüb.

21 yaşlı Lamiyəni görənlərdən Daxili İşlər Nazirliyinin 102 xidmətinə və ya Abşeron polisinə məlumat vermələri xahiş olunur.

Müəllif: