Ucnoqta.az
www.ucnoqta.az

Füzulidə xeyli sayda silah-sursat aşkarlandı - <font color=red><b>FOTO</b></font>

10:42 - 18 Aprel 2022 tarixində dərc olunub.

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun işğaldan azad edilmiş ərazilərində keçirdikləri növbəti tədbirlər nəticəsində müxtəlif silah-sursat aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, tapılan 9 avtomat, 1 pulemyot, 1 snayper tüfəngi, 1 tank əleyhinə idarəolunan raket, 3 qumbaraatan, 30 müxtəlif növ əl qumbaraları, 67 müxtəlif çaplı mərmilər, 7500 müxtəlif çaplı patronlar və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib.

 

Müəllif: