Ucnoqta.az
www.ucnoqta.az

"İnsanlara yox, divara vururdu" -<font color=red><b> VİDEO</b></font>

22:35 - 17 Aprel 2022 tarixində dərc olunub.

Rusiyada yaşayan azərbaycanlı videobloqer Hüseyn Həsənov, bu gün Bakıda fanatları ilə görüşdə səhnədə yer alan şəxsin insanları qayışla vurması barədə yayılan videoya münasibət bildirib.

Ucnoqta.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, bu barədə özünün İnstaqram hesabında paylaşım edib.
Həmin şəxslə görüşdüyünü bildirən bloqer, deyib:

"O insanlara yox, divara vururdu. Divara vururdu ki, insanlar əlin çəksin. Çünki orada bir qız huşunu itirmişdi, onu çıxarmağa çalışırdı. Videoda insanları vurduğu görünə bilər. Amma bu, onun nəyinə lazımdır?".

Müəllif: