Ucnoqta.az
www.ucnoqta.az

Koronavirusla bağlı son statistika açıqlandı

18:39 - 17 Aprel 2022 tarixində dərc olunub.

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ötən sutka koronavirusdan bir nəfər dünyasını dəyişib. 

Azərbaycanda indiyədək ümumilikdə 792 362 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 516 nəfər müalicə olunaraq sağalıb, 9 706 nəfər vəfat edib, aktiv xəstə sayı 140 nəfərdir.

Ölkədə son sutka ərzində 3 297, hazırkı dövrədək isə 6 769 897 test aparılıb.

Müəllif: