Ucnoqta.az
www.ucnoqta.az

Rusiya "Neptun" raketləri istehsal edən zavoda zərbə endirdi

00:03 - 16 Aprel 2022 tarixində dərc olunub.

Rusiya “Neptun” gəmi əleyhinə raketlər üçün komponentlər istehsal edən Julyanski Maşınqayırma Zavodu Vizar Dövlət Müəssisəsinin sexlərinə raket hücumu edib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Ukroboronprom” da rəsmən təsdiqlənib.
“Rusiya aprelin 15-də saat 01:30 radələrində Ukrayna tərəfindən Qara dənizdə "Moskva" freqat-kreyserinin batması xəbərindən sonra raket hücumu həyata keçirib”, - məlumatda qeyd olunub.

Müəllif: