Ucnoqta.az
www.ucnoqta.az

Təhsil Nazirliyində bağçalarla bağlı struktur dəyişikliyi edilib

14:06 - 15 Aprel 2022 tarixində dərc olunub.

Təhsil Nazirliyi məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı yeni şöbənin yaradılıb-yaradılmadığı məsələsinə münasibət bildirib.

Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bununla əlaqədar yeni şöbə yaradılmayıb.

“Lakin məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verildiyi üçün müvafiq struktur dəyişikliyi aparılıb. Bəzi şöbələrin fəaliyyət istiqamətlərinə dəyişikliklər edilib”, - qeyd olunub.

Müəllif: