Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycana giriş üçün PCR testinin ləğvi yoluxmanı <font color=red><b>ARTIRACAQ? - TƏBİB-dən AÇIQLAMA</b></font>

10:11 - 15 Aprel 2022 tarixində dərc olunub.

TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Azərbaycana giriş üçün COVID-19-a dair PCR testi təqdim etmək tələbinin ləğv edilməsi nəticəsində yoluxmanın artması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

V.Qurbanov Azərbaycanın koronavirusa qarşı ən effektiv tədbirlər keçirən ölkələr arasında olduğunu deyib:

“Ölkəmizdə bu xəstəlikdən ölüm faizi az, sağalma faizi yüksəkdir. Bununla bağlı bütün tədbirlər həyata keçirilir. Koronavirus pandemiyası tam nəzarətdədir”.

O qeyd edib ki, koronavirusla bağlı xəstəxanalar tam hazırlıqlı vəziyyətdədir.///oxu.az

Müəllif: