Ucnoqta.az
www.ucnoqta.az

Ramazan ayının on dördüncü gününün duası - <font color=red><b>imsak və iftar vaxtları</b></font>

22:00 - 14 Aprel 2022 tarixində dərc olunub.

Sabah Ramazan ayının on dördüncü günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 15-də imsak vaxtı saat 04:33-də, iftar vaxtı isə 19:33-dədir.

On dördüncü günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Allahummə la tuaxizni fihi bil-əsərat. Və əqilni fihi minəl-xətaya vəl-həfəvat. Və la təc-əlni fihi ğərəzən lil-bəlaya vəl-afat. Bi-izzətikə ya izzəl-muslimin!”

Tərcüməsi:

“İlahi, bu gün səhvlərimə görə mənə qəzəblənmə! Bu gün xətalarıma göz yum! Məni bəla və afətlərə hədəf etmə! İzzətinə and verirəm, ey müsəlmanlara izzət verən Allah!”

Allah orucunuzu qəbul eləsin!

Müəllif: