Ucnoqta.az
www.ucnoqta.az

Təhsil şöbələrində çalışanlar Regional Təhsil İdarələrinə köçürüləcək

12:00 - 13 Aprel 2022 tarixində dərc olunub.

“Yaxın günlər ərzində Regional Təhsil İdarələrinə yerdəyişmələrin aparılmasına başlanılacaq”.

Ucnoqta.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, artıq Regional Təhsil İdarələrinin strukturu təsdiq olunub: “Yaxın günlər ərzində yerli təhsil şöbələrində çalışan insanların yeni struktura köçürülməsi, eləcə də müvafiq qaydada yeni təyinatların olması nəzərdə tutulub. Hesab edirəm ki, bu ayın sonuna qədər Regional Təhsil İdarələrinin ilkin səviyyədə tam fəaliyyəti təmin ediləcək”.

Müəllif: