Ucnoqta.az
www.ucnoqta.az

Rövnəq Abdullayev Qurban Qurbanovla görüşdü - <font color=red><b>FOTO</b></font>

11:34 - 13 Aprel 2022 tarixində dərc olunub.

AFFA rəhbərliyi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu təbrik edib.

Ucnoqta.az AFFA-nın saytına istinadən məlumatına görə, qurumun prezidenti Rövnəq Abdullayev bu gün – aprelin 13-də 50 yaşını qeyd edən mütəxəssislə görüşüb.

AFFA rəhbəri Qurbanovu əlamətdar yubileyi münasibətilə təbrik edib, ona cansağlığı, fəaliyyətində uğurlar və yeni-yeni qələbələr arzulayıb. Baş məşqçi göstərilən diqqətə görə minnətdarlığını bildirib. Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və baş katib Sərxan Hacıyev də iştirak edib.

Müəllif: