Ucnoqta.az
www.ucnoqta.az

“Toyuq ətindən qida kimi istifadə olunması təhlükəlidir”

14:15 - 12 Aprel 2022 tarixində dərc olunub.

“Azərbaycanda toyuq ətindən qida məhsulu kimi istifadə olunması son dərəcə təhlükəlidir”.

Bunu Milli Məclisin deputatı Fəzail Ağamalı “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Onları bəsləmək üçün yem məhsullarının hamısı xaricdən gəlir və onların da hamısının genetikası dəyişirilib”, - deyə Fəzail Ağamalı qeyd edib.

Millət vəkili vurğulayıb ki, Azərbaycanda ölkəmizin təbiətinə, iqliminə uyğun, modifikasiya olunmamış meyvə və tərəvəz məhsullarının istehsalı üçün toxumçuluq laboratoriyaları genişlənməlidir: “Çünki hazırda Azərbaycanda istehsal olunan tərəvəz məhsullarının hamısının genetikası dəyişdirilib”.///qafqazinfo

Müəllif: