Ucnoqta.az
www.ucnoqta.az

Yevlax Polis Şöbəsində baş verən intiharla bağlı<font color=red><b> RƏSMİ AÇIQLAMA</b></font>

17:52 - 11 Aprel 2022 tarixində dərc olunub.

Baş Prokurorluq Yevlax Rayon Polis Şöbəsində baş verən intiharla bağlı açıqlama yayıb.

Prokurorluqdan Ucnoqta.az-a verilən məlumata görə, aprelin 9-u saat 15 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə şübhəli şəxs qismində tutularaq Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılan 1967-ci il təvəllüdlü İlham Əsgərovun saxlama kamerasında intihar etməsi barədə Yevlax rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif: