Ucnoqta.az
www.ucnoqta.az

Bakı-Qazax yolunda 2 avtomobil toqquşub, xəsarət alanlar var -<font color=red><b> FOTO</b></font>

17:18 - 11 Aprel 2022 tarixində dərc olunub.

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2106" ilə "VAZ 2107" markalı minik maşınları toqquşub. Qəza zamanı 2 nəfər müxtəlif bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: