Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan gəncliyi hər zaman İlham Əliyevin yanındadır

15:19 - 11 Aprel 2022 tarixində dərc olunub.

Bir ölkənin dinamik və uğurlu gələcəyinin ən birinci təməli onun qətiyyətli liderinin olmasıdır.

Azərbaycan xalqı 2018-ci il prezident seçkilərində bu lideri yenidən ölkə başçısı edərək özünün parlaq gələcəyinin təminatçısı oldu.
Azərbaycan kimi gənc bir dövlət dünyanın hegemon dövlətləri ilə yarışır, onlarla bir masaya oturub münaqişələri həll edir. Bizi dünya liderləri arasında layiqli təmsil edən cənab İlham Əliyev hər zaman nəyi, nə vaxt edəcəyini düzgün bildiyi üçün atdığı hər bir addım uğurludur.

Bu gün Azərbaycan ulu öndərimiz Heydər Əliyevin görmək istədiyi səviyyədədir. Atanın vəsiyyətini qısa bir zamanda həyata keçirmək qürurverici olduğu qədər də məsuliyyətlidir. Cənubi Qafqazda ölkəmiz artıq güc mərkəzidir. Dostumuz da, düşmənimiz də bizimlə əməkdaşlıq etmək istəyir.

Azərbaycanı dünyanın qaynar müharibə ocağına çevirmək üçün bütün siyasi oyunları yalnız 44 gündə pozan Ali baş komandanımız indi də sülhün davamlı olması üçün müqavilə şərtlərini diktə edir.
Azərbaycan gəncliyi xalqın, dövlətin rifahı üçün dayanmadan əzmlə çalışan liderimizin hər zaman yanındadır.                       

Tural Nurməmmədov
YAP Xocalı rayon təşkilatının fəal gənci

Müəllif: