Türkiyənin BMC şirkəti indiyədək Azərbaycana 735 vahid müxtəlif ölçülü avtobus tədarük edib.
"APA-Economics"in "Anadolu"ya istinadən verdiyi məlumata görə, ötən dövr ərzində şirkətdən Bakıya təbii sıxılmış qaz (CNG) ilə hərəkətə gələn 510 ədəd 12 metrlik və 20 ədəd 18 metrlik "Procity" modeli, 35 ədəd 9 metrlik "Neocity" modeli göndərilib.
Son məlumata görə, "Neocity" modelindən olan avtobuslardan daha 170 ədəd ölkəyə idxal olunub.
Nəticədə, Bakının avtobus parkında BMC istehsalı olan avtobusların sayı 735-ə çatıb.