Ucnoqta.az
www.ucnoqta.az

Qazaxda "TIR" aşıb, <font color=red><b>Türkiyə vətəndaşı xəsarət alıb</b></font>

09:54 - 10 Aprel 2022 tarixində dərc olunub.

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayonun Yuxarı Salahlı kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "TIR" markalı yük maşının sürücüsü idarəetməni itirib.

Nəticədə yük maşını yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü 1983-cü il təvəllüdlü Türkiyə vətəndaşı Jokan Oskan xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: