Ucnoqta.az
www.ucnoqta.az

Ukrayna hərbçiləri Rusiyanın ən yeni PUA-sını vurdular – <font color=red><b>FOTO</b></font>

16:23 - 9 Aprel 2022 tarixində dərc olunub.

Ukrayna hərbçiləri aprelin 7-də Rusiyanın ən yeni pilotsuz uçuş aparatı (PUA) olan “Orion”u vurublar.

Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrindən məlumat verilib.
“Orion” PUA-sı orta hündürlüklü, böyük uçuş məsafəsinə malik aparatdır. Göyərtəsindəki avadanlıq müəyyən məkanda uzun müddət vizual, radiolokasiya və rediotexniki kəşfiyyat aparmağa imkan verir.

Müxtəlif təyinatlı dörd hərbi sursatla, o cümlədən “hava-yer” tipli raketlərlə təchiz edilə bilər.///oxu.az

Müəllif: