Ucnoqta.az
www.ucnoqta.az

"Maska qadağasının götürülməsi məsələsinə baxılır" - <font color=red><b>Səhiyyə naziri</b></font>

10:09 - 9 Aprel 2022 tarixində dərc olunub.

Qapalı məkanlarda maska qadağasının götürülməsi ilə bağlı məsələyə baxılır.

Bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

O, vətəndaşları səbrli olmağa çağırıb.

"Aydındır ki, yoluxma sayları kəskin azalmaqdadır. Gündəlik hospitalizasiya sayları da sadə rəqəmlərlə ifadə olunur. Bütün bunları nəzərə alaraq məsələyə baxılır. Yəqin ki, müəyyən qərarlar veriləcək. Vətəndaşlarımızı səbrli olmağa çağırıram. 2 ildən ardıqdır davam edən pandemik marafon insanlarımızı normal həyatdan kifayət qədər uzaqlaşdırıb. Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın rəsmi qərarını gözləməyə çağırıram" - deyə nazir bildirib.///Apa

Müəllif: