Ucnoqta.az
www.ucnoqta.az

Peyvənd olunanların sayı açıqlandı

16:41 - 8 Aprel 2022 tarixində dərc olunub.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 8 588 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 629, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 717, üç və daha çox doza vaksin vurduranların sayı 6 744, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 498 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 532 020, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 329 879, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 831 462, üç və daha çox doza vaksin vurduranların sayı 3 137 947, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 232 732 təşkil edir.

 

Müəllif: