Səbaildə su kəsildi - <font color=red><b>qəza olub</b></font>
09:28 - 8 Aprel 2022 tarixində dərc olunub.
Bakının Neftçilər prospektindən keçən su xəttində baş vermiş qəza ilə əlaqədar Səbail rayonunun mərkəzi hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Azərsu" ASC məlumat yayıb.
Məlumata görə, hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Qurum yaranmış narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.