Ucnoqta.az
www.ucnoqta.az

Ramazan ayının yeddinci gününün duası - <font color=red><b>imsak və iftar vaxtları</b></font>

21:04 - 7 Aprel 2022 tarixində dərc olunub.

Sabah Ramazan ayının yeddinci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 8-də imsak vaxtı saat 04:46-da, iftar vaxtı isə 19:26-dadır.

Yeddinci günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Allahummə əinni fihi əla siyamihi və qiyamih. Və cənnibni fihi min həfəvatihi və asamih. Vərzuqni fihi zikrəkə bidəvaih. Bitəvfiqikə ya hadiyəl-muzillin”.

Tərcüməsi: “İlahi, mənə bu gün oruc tutmaqda və gecə oyaq qalıb ibadət etməkdə kömək ol. Bu gün məni səhv və nöqsanlardan uzaqlaşdır. Sənin daimi zikrini mənə qismət et. Kömək və yardımına and verirəm, ey yolunu azmışların hidayətçisi!”

Allah orucunuzu qəbul eləsin!

Müəllif: