Bakıda gecə klubunda baş verən partlayışda yaralanan bloqer Aysel Şükürovanın görüntüsü yayılıb.
Bu barədə partlayış zamanı klubda ad günü keçirən Raul öz “Instagram” hesabında məlumat və görüntülər paylaşıb.
Videodan görünür ki, Aysel artıq özünə gəlib və yaxınları onu ziyarət edib.
Qeyd edək ki, hadisə 3 apreldə Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib. Partlayış zamanı ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, iki nəfər vəfat edib. Baş vermiş partlayış zamanı xəsarət alanlardan iki nəfər xarici ölkə vətəndaşıdır. Həmçinin 14 avtomobil, bir mənzil və iki qeyri-yaşayış obyektinə də ziyan dəyib, üç nəfər həbs edilib.///oxu.az