Bakının Sabunçu rayonunda gənc oğlan bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Sabunçu bazarında qeydə alınıb.1994-cu il təvəllüdlü Gülməmmədov Umud Bəhman oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində araşdırma aparılır.