Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda 6 körpəyə Nikol adı qoyulub - <font color=red><b>FOTO</b></font>

13:32 - 6 Aprel 2022 tarixində dərc olunub.

Son beş ildə Azərbaycanda yeni doğulan altı uşağa Nikol adı qoyulub.

Ədliyyə Nazirliyinin saytına əsasən, Nikol adı verilən körpələrin ikisi 2018-ci ildə, ikisi 2019-cu ildə, ikisi isə 2020-ci ildə doğulub. 

Qeyd edək ki, Azərbaycanda Nikol adı məhz 2018-ci ildən sonra tanınmağa başlayıb. 

Ədliyyə Nazirliyinin məlumatına görə, son beş ildə Azərbaycanda yeddi uşağa Nikoloz, üç uşağa Nikolay, bir uşağa isə Nikolas adı verilib.

Müəllif: