Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə 60 yaşlı qadını maşın vurub

21:41 - 5 Aprel 2022 tarixində dərc olunub.

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan minik maşını yolu keçmək istəyən 1962-ci il təvəllüdlü F.Məmmədovanı vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: