Ucnoqta.az
www.ucnoqta.az

Məşhəddə ziyarətçilərə hücum olub, ölənlər var

17:12 - 5 Aprel 2022 tarixində dərc olunub.

İranın Məşhəd şəhərində naməlum şəxs ziyarətçilərə hücum edib.

Məlumatı "Mehr" agentliyi yayıb.

Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Silahlı şəxs isə saxlanılıb.

Qeyd edək ki, Məşhəddə İmam Rzanın məqbərəsi yerləşir.///report

Müəllif: