Ucnoqta.az
www.ucnoqta.az

Mingəçevirdə 70 yaşlı qadın meyiti aşkarlanıb

23:03 - 4 Aprel 2022 tarixində dərc olunub.

Mingəçevirdə 70 yaşlı qadın meyiti aşkarlanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1952-ci il təvəllüdlü Məmmədova Tükəzban Məmməd qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: