Ucnoqta.az
www.ucnoqta.az

Bakıda köşk və mebel sexi yanıb

10:09 - 4 Aprel 2022 tarixində dərc olunub.

Bakıda köşk və mebel sexində yanğın olub.

Ucnoqta.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Binəqədi rayonunda ümumi sahəsi 64 m² olan istifadəyə yararsız vaqon tipli köşkün yanar konstruksiyaları və bitişik ümumi sahəsi 540 m² olan birmərtəbəli mebel sexinin taxtadan ibarət 1 ədəd pəncərə çərçivəsi yanıb.

Sexin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Müəllif: