Ucnoqta.az
www.ucnoqta.az

Türkiyə XİN Bakıda baş verən partlayışla bağlı bəyanat yayıb

13:08 - 3 Aprel 2022 tarixində dərc olunub.

"Dünən gecə saatlarında Bakının mərkəzində baş verən partlayış nəticəsində ölən və yaralananlar olduğu haqqında aldığımız məlumat bizi dərindən kədərləndirib".

Bu barədə "Report"un yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Bəyanatda qeyd olunub ki, Türkiyə azərbaycanlı qardaşlarının hüznünə şərikdir: "Hadisə zamanı həyatını itirənlərə rəhmət, yaralılara isə şəfa diləyirik".

Müəllif: