Ucnoqta.az
www.ucnoqta.az

Göyçayda yaşayış evində yanğın olub - <font color=red><b>xəsarət alan var</b></font>

21:43 - 2 Aprel 2022 tarixində dərc olunub.

Göyçay rayonunun Mirzəhüseynli kəndində ümumi sahəsi 130 m² olan kürsülü, iki aynabənddən ibarət birmərtəbəli evin yanar konstruksiyaları 114 m² sahədə yanıb.

Bu barədə Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: