Ucnoqta.az
www.ucnoqta.az

Prezident İlham Əliyev Vahid Əhmədovu təltif etdi

18:35 - 1 Aprel 2022 tarixində dərc olunub.

Vahid Qazməmməd oğlu Əhmədov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, V.Əhmədov Milli Məclisin deputatıdır. Sabah onun 75 yaşı tamam olur.

Müəllif: