Ucnoqta.az
www.ucnoqta.az

Naxçıvanda Almaniyaya gedən maşında narkotik <font color=red><b>AŞKARLANDI</b></font>

16:24 - 31 Mart 2022 tarixində dərc olunub.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Naxçıvan gömrükçüləri daha bir uğurlu əməliyyat keçirib.

Naxçıvan Gömrük Komitəsindən verilən xəbərə görə, narkotik qaçaqmalçılığı faktı Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsində qeydə alınıb.

Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyəyə, oradan da təyinat ölkəsi Almaniyaya gedən İran vətəndaşının idarə etdiyi 37E82710 dövlət nömrə nişanlı “Mercedes Benz” markalı nəqliyyat vasitəsinə risk meyarı əsasında xidməti itin tətbiqi ilə gömrük baxışı həyata keçirilib. Xidməti itin reaksiyası nəticəsində yük nəqliyyat vasitəsinin qoşqusunun sandıqçasında olan ehtiyat hissənin içərisindən ümumi çəkisi 5 kiloqram 180 qram olan narkotik vasitə -“tiryək” aşkarlanıb.

Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.

Müəllif: