Ucnoqta.az
www.ucnoqta.az

Ölkədə kifayət qədər şəkər tozu ehtiyatı mövcuddur - <font color=red><b>AÇIQLAMA</b></font>

16:02 - 31 Mart 2022 tarixində dərc olunub.

“Azərsun Holdinq” MMC ölkədə şəkər tozu qıtlığının yaranması barədə mətbuatda yayılmış məlumatlarla bağlı açıqlama yayıb.

Ucnoqta.az xəbər verir ki, açıqlamada deyilir:
"Müxtəlif KİV tərəfindən yayımlanmış şəkər tozu qıtlığınn yaranması barədə məlumatlara cavab olaraq bildirmək istəyirik ki, regionun ən böyük şəkər istehsal müəssisəsi olan İmişli Şəkər Zavodu tam gücü ilə fəaliyyətini davam etdirir. Kifayət qədər xammal ehtiyatı mövcuddur və istehsal prosesi plan üzrə davam edir. Müvafiq olaraq satış nöqtələri də tələbata uyğun olaraq şəkərlə təmin edilir." 

“Azərsun Holdinq” MMC yayılan xəbərlərin heç bir əsasının olmadığını bildirir və bütün media mənsublarını belə bir həssas məqamda ajiotaja səbəb olmamağa çağırır.

Müəllif: