Ucnoqta.az
www.ucnoqta.az

"Ermənistan cəzasız qalmamalıdır" - <font color=red><b>Ceyhun Bayramov</b></font>

09:38 - 31 Mart 2022 tarixində dərc olunub.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.

Nazir bu barədə tviter səhifəsində yazıb.

“31 mart - Azərbaycanlıların Soyqırımı Günündə mart qırğınının qurbanlarını yad edir və bu cür qeyri-insani cinayətlərin təkrarlanmaması üçün Ermənistanın cəzasızlığına son qoymağın vacibliyini bir daha bildiririk. Mart qırğınının günahsız qurbanlarını hüznlə və rəhmətlə anırıq”, - C.Bayramov bildirib.

 

Müəllif: