Ucnoqta.az
www.ucnoqta.az

Lerikdə torpaq sürüşdü: <font color=red><b>Ev, mal-qara torpaq altında qaldı - FOTO</b></font>

22:25 - 30 Mart 2022 tarixində dərc olunub.

Lerikdə torpaq sürüşməsi olub.

APA-nın verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında baş verib. Rayonun Lərmərud kəndində baş verən hadisə nəticəsində bir ev tamamilə torpaq altında qalıb.

Kənd sakini, 1959-cu il təvəllüdlü Nəbulla Məmmədhüseyn oğlu Baxşıyevə məxsus birmərtəbəli 4 otaqlı ev, şəxsi təsərrüfat, iribuynuzlu heyvanlar üçün tikilmiş tövlə, 4 baş qaramal və 4 baş buzov tamamilə torpaq altında qalıb.

Hadisə zamanı evdə olan N.Baxşıyev ilə həyat yoldaşı xoşbəxtlikdən xəsarət almayıb.

Onlar hazırda qohumlarının evlərinə yerləşiblər.

Müəllif: