Ucnoqta.az
www.ucnoqta.az

Müzakirələrə səbəb olan mənzil satışı ilə bağlı <font color=red><b>STATİSTİKA AÇIQLANDI</b></font>

20:23 - 30 Mart 2022 tarixində dərc olunub.

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) bu gün həyata keçirdiyi mənzil satışı ilə bağlı statistika açıqlayıb.

Agentlikdən Ucnoqta.az-a verilən məlumata görə, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində yerləşən 442 mənzil ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə güzəştlə satılıb.

Satışı prosesinə saat 11:00-da başlanılıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.

Xatırladaq ki, bugünkü satış sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. İstifadəçilər prosesin cəmi bir neçə saniyəyə başa çatdığını bildiriblər.

Müəllif: