Ucnoqta.az
www.ucnoqta.az

Qanunsuz ov edən şəxs cəzalandırıldı

11:27 - 29 Mart 2022 tarixində dərc olunub.

Qarayazı Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qoruğun ərazisində balıq ovlayan şəxs saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırma zamanı brakonyerin Qazax rayon sakini Rəşad Musayev olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunan ov alətləri götürülüb.

Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb.

Müəllif: